TÜRKİYƏ - MƏŞQLƏR İNTENSİVLƏŞİR . . .

single-news
30 İyn 2006

TÜRKİYƏ - MƏŞQLƏR İNTENSİVLƏŞİR . . .



"Qarabağ" Futbol Klubu Türkiyədə təlim məşq proseini davam etdirir. Dünən yerli saatla 11:00-da bir saatlıq məşqdən sonra, axşam "Qarabağ" ikitərəfli oyun keçirdi. Əsasən taktiki hazırlığa diqqət yetrən Baş Məşqçi Böyükağa Ağayev günün birinci məşqində hazırladığı taktikanı oyunda sınaqdan keçirdi. Oyun boyu oyunçulara tapşırıqlar verərək onların daha diqqətli olmalarını istədi. Nəticəyə gəlincə, "A" komandası "B" komandasına 2:1 hesabı ilə qalib gəldi. Kənan Kərimov dubl etdi, Samir Musayev isə bu qollaran yalnız birinə cavab verə bildi. Axşam şam yeməyindən sonra toplantı keçirildi. Baş Məşqçi Böyükağa Ağayev hazırlığın gedişi barədə öz fikirlərini bölüşdü.Komandanın planlarından danışdı. Bu gün isə "Qarabağ" Futbol Klubu İlk məşqçini Fitness Klubda, fiziki hazırlığa yönəltdi. Trenajorlarla məşqdən sonra komanda hovuzda üzməklə istirahət etdi. Fitness klubdan şəkillərə aşağıdakı linkə daxil olmaqla baxa bilərsiniz: a class="link"href="http://www.qarabagh.com/new/?do=viewfile&file=photoview&phid=86&lang=0 target="_blank"> "QARABAĞ"-PATALYA,FİTNESS KLUB

Paylaş

// pop up