TÜRKİYƏ ŞOU GÖSTƏRDİ, AZƏRBAYCAN İSƏ . . .

12 Okt 2006
TÜRKİYƏ ŞOU GÖSTƏRDİ, AZƏRBAYCAN İSƏ . . .
Avropa Çempionatının Seçmə mərhələsinin növbəti turunun oyunları keçirildi.
Azərbaycan Millisi Belçikanın qonağı oldu. Oyun qarşılıqlı hücumlarla başlasada, hissənin ortalarında meydan sahibləri hesabı açmağa müvəffəq oldular. İkinci hissənin ilk və matçın 82-ci dəqiqələrində daha iki dəfə fərqlənən Belçikalılar oyundan böyükhesablı qələbə ilə ayrıldılar.
Türkiyə millisi isə Hakan Şükürün dörd qolu ilə Moldovalılar önündə şou göstərdilər. 5:0 başa çatan oyunda Tuncay da fərqlənməyi bacardı.
Maraqlı nəticələrdən Xorvatiyanın İngiltərə üzərində qələbəsi qeyd olunmalıdır. İngilislər meydan sahiblərinin iki qoluna cavab verə bilmədilər. Ruslar isə Estoniya önündə iki heç-heçədən sonra qələbə qazana bildilər-2:0.