TÜRKİYƏ ŞOUSU, UKRAYNA HƏDİYYƏSİ . . .
9 İyn 2005
TÜRKİYƏ ŞOUSU, UKRAYNA HƏDİYYƏSİ . . .
Dünya çempionatının seçmə mərhələsində növbəti turun görüşləri keçirilmişdir.
II qrupda Türkiyə Kazaxstanın qonağı oldu. Matçın 13-cü dəqiqəsində Gökdenizin yandan asmasından sonra Fatih Tekke hesabı açdı.İki dəqiqə sonra, İbrahim Toraman hesabı 2:0 etdi.41-ci dəqiqədə Hamid Altınopdan ötürmə alan Tuncay ilk hissənin son qolunu vurdu.İkinci hissə sakit başladı.Lakin türk şousu sakitliyi pozdu. 80-ci dəqiqədə yenə də Gökdenizdən ötürmə alan Fatih özünün matçda ikinci, koomandasının dördüncü qolunu vurdu.86-cı dəqiqədə Halil də özünün ikinci qolunu rəsmiləşdirdi. Matçın artırılmış dəqiqəsində isə, Tuncay oyunda son nöqtəni qoydu.
Bu matçdan sonra diqqətlər Afinaya yönəlmişdir. Demək olar ki, hamı Ukraynaya azarkeşlik edirdi. Bu da əbəs yerə deyildi. Çünki məhz Ukraynanın qələbəsi Türkiyəni qrupda ikinci edəcəkdi. Bu matç da gərgin keçdi. Lakin hər şey "xöşbəxt sonluq"la bitdi. 82-ci dəqiqədə Şevçenkonun gözəl drimblinqini Qusin tamamladı. 1:0 və Yunanıstan üçüncü pilləyə yuvarlandı.
Digər matçlar isə belə nəticələnmişdir:
I qrup
Çex Respublikası 6 - 1 Macedoniya
Rumıniya 3 - 0 Ermənistan
Finlandiya 0 - 4 Hollandiya
II qrup
Danimarka 3 - 1 Albaniya
III qrup
Latvia 1 - 0 Lixtenşteyn
Estonia 0 - 1 Portugaliya
Luxembourg 0 - 4 Slovakia
IV qrup
Farer adaları 0 - 2 İrlandiya
V qrup
Belarus 0 - 0 Şotlandiya
VII qrup
İspaniya 1 - 1 Bosnia-Herzegovina
VIII qrup
İslandiya 4 - 1 Malta