TÜRKİYƏ SUPERLİGASI, 31-Cİ HƏFTƏ

single-news
24 Apr 2006

TÜRKİYƏ SUPERLİGASI, 31-Cİ HƏFTƏ



Türkiyə superliqasinda 31-ci həftənin oyunları keçrildi. Heç şübhəsiz ən çox maraq doğuran oyun derbilər derbisi - Fənərbaxça - Qalatasaray oyunu idi... Oyun meydan sahiblərinin hücumları ilə keçdi və hər hissədə iki top olmaqla qonaqlar dörd dəfə meydana mərkəzdən başlamaq məcburiyyətində qaldılar. Appiah (12), Luciano (20), Alex (70) və Anelka (78) öz qol aktivlərini bu oyunda da zənginləşdirdilər. Bu oyundan sonra yenidən superliqada ikihakimiyyətlilik yarandı. Üçüncü yerin sahibi Beşiktaş isə öz meydançasında Sivasspora gözlənilmədən məğlub oldu 0:1. Bundan istifadə edən Trabzonspor Ç. Rizesporla səfər matçında 6:1 -lik qələbə ilə üçüncülüyü ələ keçirdi. Turun digər oyunları aşağıdakı kimi nəticələnmişdir: Gençlerbirliği Denizlispor 3:3 Diyarbakırspor Erciyesspor 2:1 Konyaspor Malatyaspor 0:2 Kayserispor Gaziantepspor 0:1 Samsunspor Ankaragücü 2:1

Paylaş