TÜRKİYƏ SUPERLİGASI: "QALATASARAY" LİDERDİR ! ! !

single-news
6 Mar 2006

TÜRKİYƏ SUPERLİGASI: "QALATASARAY" LİDERDİR ! ! !



Türkiyə Superligasında növbəti turun oyunları keçirilib. Bu turda artıq eks-lider "Fənərbaxça"nın büdrəməsindən məharətlə istifadə edən "Qalatasaray" liderliyə yüksəlib. Kayseridə yerli komandanın qonağı olan Fənər 90-cı dəqiqədə Gökhan Ünalın qolu ilə məğlubiyyət acısı yaşayıb. "Trabzonspor" isə, çətin Manisa səfərindən qələbə ilə ayrılıb. Çətin və maraqlı qarşılaşmadan Trabzonlular 2:1 qələbə qazanıb. "Beşiktaş" isə "B.B.Ankaraspor"un qapısından üç cavabsız top keçirib... "Qalatasaray" isə, liderliyə yüksəldiyi matçda çətin anlar yaşasa da, yenə də tərəfdarını sevindirməyi bacardı. Samsunsporla oyunda heyət və qollarla tanış olun: QALATASARAY - SAMSUNSPOR 3:2 Necati, 45; 54. İliç, 60 - Tamer, 42; 90. Qalatasaray: Mondraqon, Səbri, Sonq, Tomas, Orhan Ak, Hasan Şaş, Volkan, Səidu, Necati (İliç, 56), Ümit Karan (Hasan Kabze, 86), Hakan Şükür (Aydın, 79). Samsunspor: Maksiç, Tolqa, Kənan, Queye, Ayari, Tamər, Mustafa, Adnan, Cəlil, Canər (Mehmet, 68), Rafael. Bu turdan sonra, "Qalatasaray" 55 xalla "Fənərbaxça"nı 2 xal geridə qoyur. Üçüncü yerdə 40 xalla "Kayserispor" durur. "Beşiktaş" və "Trabzonspor" 36 xalla növbəti yerləri bölüşür.

Paylaş