TÜRKİYƏ SUPERLİQASI: "CİM-BOM 159 GÜN SONRA XAL İTİRDİ !"
24 Okt 2005
TÜRKİYƏ SUPERLİQASI: "CİM-BOM 159 GÜN SONRA XAL İTİRDİ !"
Türkiyə çempionatında 10-cu turun oyunları keçirildi. Lider "Qalatasaray" öz meydançasında "Dənizlispor"u qəbul edirdi. Ən uğurlu mövsümünü keçirən Cim-Bomdan azarkeşlər bu turda qələbə gözləməsi təbii idi. Amma "Qalatasaray" gözlənilmədən matçdan heç-heçə ayrıldı. Çoxlu qol imkanlarını boşa verən meydan sahiblərinin bir qoluna qonaqlar cavab verə bildilər və matç 1:1 hesabı ilə başa çatdı. Beləliklə:
Qalatasaray - Dənizlispor 1:1
Hasan Şaş, 7 - Multaharyu, 61.
Qalatasaray: Mondraqon, Cihan, Tomas, Sonq, Orhan Ak, Hasan Şaş, Saidu, İliç (Uğur Uçar, 69), Haynts (Altan, 46), Ümit Karan (Necati, 61), Hakan Şükür.
Dənizlispor: Süleymanu, Bülənt Ərtoğrul (Endər, 84), İhsan, Kratoxvil, Abraham, Multaharyu, Fatih (Eyup, 78), İbrahim, Mustafa, Ömər Rza (Sərdal, 89), Yusuf Şimşək.
Digər oyunlar belə nəticələnmişdir:
Trabzonspor - Ərciyəsspor 0:0
Malatyaspor 0 - 3 Fenerbahçe
Konya 0 - 1 Beşiktaş
V.Manisa 0 - 3 G.Birliği
G.Antep 1 - 1 Ç.Rize
Sivasspor 4 - 1 D.Bakır
Ankaragücü - BŞB Ankaraspor 3:2
Kayserispor - Samsunspor 6:3