TÜRKİYƏ SUPERLİQASI: İKİHAKİMİYYƏTLİLİK . . .
13 Mar 2006
TÜRKİYƏ SUPERLİQASI: İKİHAKİMİYYƏTLİLİK . . .
Türkiyə Superliqasında 25-ci həftənin oyunları keçirildi. Lider "Qalatasaray" Avni Aker stadionunda "Trabzonspor"un qonağı oldu. Maraqlı keçən oyunda hesabı meydan sahibləri açdı. 64-cü dəqiqədə Gökdeniz fərqləndi. 73-cü dəqiqədə isə Necati status-kvonu bərpa edərək matçda son nöqtəni qoydu: 1-1.
"Qalatasaray"ın xal itkisindən isə ən çox "Fənərbaxça" yararlandı. Fənərlilər "Konyaspor"un qapısından beş cavabsəız top keçirərək, iki hakimiyyətliliyin əsasını qoydular.
Turun digər oyunlarının nəticələri ilə tanış olun:
Ərciyəsspor - Vestel Manisaspor 2-1
Ç.Rizespor - Ankaragücü 1:0
G.Birliyi - Gazientepspor 3:1
Ankaraspor - Kayserispor 1:3
Dənizlispor - Sivasspor 4:0
Diyarbakirspor - Malatyaspor 3:2
Samsunspor - Beşiktaş 1:3
Beləliklə, Qalatasaray və Fənərbaxça 56 xalla 1-2 yerləri bölüşürlər. Üçüncü yeri 43 xalla Kayserispor tutur.