TÜRKİYƏ SUPERLİQASİ: "QALATASARAY" ÇEMPİON ! ! !

single-news
15 May 2006

TÜRKİYƏ SUPERLİQASİ: "QALATASARAY" ÇEMPİON ! ! !



Türkiyə superliqasında son turun oyunları keçirildi. Ən maraqla gözlənilən matçlar isə heç şübhəsiz "Dənizlispor"-"Fənərbaxça" və "Qalatasaray" - "Kayserispor" oyunları idi. Məhz bu iki oyun çempionluğun taleyini həll edəcəkdi.... ...Ali Sami Yende oyun meydan sahiblərinin üstünlüyü ilə başlandı və 18-ci dəqiqədə Saşa İliç hesabı açdı. Bundan sonra Sabri 49 və 89-cu dəqiqələrdə fərqlənərək komandasına qələbə gətirdi. 3:0-lıq qələbə hələ heç nə demək deyildi. Qarşıda 16 ilə bərabər 16 dəqiqə qalmışdı... ...Həmin 16 dəqiqə isə Dənizli stadionunda "Fənərbaxşa"nın oyunu idi. İkinci hissənin başlanmasında meydana azarkeşlər tərəfindən atılan müxtəlif əşyaların yığılmasına vaxt sərf edildiyindən hakim oyunun vaxtına 16 dəqiqə əlavə etmişdi. Buna qədər isə 89-cu dəqiqədə Dənizli futbolçuları hesabı açdığından "Fənərbaxça" qızılı almaq üçün iki dəfə fərqlənməli idilər... Lakin onlar Superliqada qalmaq üçün vuruşan bir komandanın qapısından yalnız bir top vurmağı bacardılar. Bu isə son demək idi. Fənərin sonu... ...Ali Sami Yendə isə bütün futbolçu və azarkeşlərin meydandan asılmış tablodan izlədiyi həmin 16 dəqiqənin sonunda nələrin yaşandığını sözlə izah etmək mümkünsüzdür... "QALATASARAY" LAYİQ OLDUĞU QIZILI QAZANDI VƏ 16-cı DƏFƏ TÜRKİYƏ ÇEMPİONU OLDU! ! ! "Trabzonspor" isə 1:2 "Beşiktaş"a məğlub olmasına baxmayaraq, UEFA kubokuna vəsiqə qazandı. Vəsiqə qazanmasına isə "Kayserispor" və "G.Birliyi"nin məğlubiyyəti səbəb oldu.

Paylaş