Türkiyə TV-si `Qarabağ`ın məşqində
1 İyl 2012
Türkiyə TV-si `Qarabağ`ın məşqində
`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azərbaycanın ən uğurlu təmsilçisi olan `Qarabağ`ımız qardaş ölkənin diqqətindən kənarda qalmır. Bugün Türkiyənin `Kanal B` televiziyası komandamızın qonağı olub. `Qarabağ` FK-nın meneceri Asif Əsgərov TV-yə danışaraq `Qarabağ`ın Azərbaycan üçün özəl bir komanda olduğunu, özəl fəlsəfəsi və yerli futbolçulara üstünlük vermə siyasətiylə hər kəs tərəfindən təqdir edilməsindən danışdı. Avrokuboklarda qazanılan uğurlarla ölkənin ən reytinqli komandasına halına gəldiyini bildirib.
