TÜRKİYƏ ÜÇ ƏVƏZİNƏ DÖRDÜNÜ VURDU, AMMA . . .

single-news
17 Noy 2005

TÜRKİYƏ ÜÇ ƏVƏZİNƏ DÖRDÜNÜ VURDU, AMMA . . .



İlk matçda 0:2 hesablı məğlubiyyət səbəbindən, bu oyunda Türkləri yalnız üç top fərqi ilə qələbə qane edirdi. Lakin oyun başlayan kimi, elə ilk hücumdaca Alpayın cərimə meydançasında topu əllə saxlaması İsveçrəlilərin artıq ikinci dəqiqədə hesabı açmasına gətirib çıxardı. Bundan sonra Türklər rəqib qapısından dörd top vurmaq məcburiyyətində qaldı ki, bunu da türklərin qalan vaxt ərzində edə biləcəyinə inam getdikcə azalırdı.Amma ilk hissə başa çatdanda tabloda hesab artıq 2:1 Türklərin xeyrinə idi. İkinci hissə başlayan kimi, üçüncü topunda rəqib qapısına vurulması artıq Türklərini Mundiala gedəcəyinə inam yaratdı. Qalan yarımsaatda türklərə yalnız bir qol kifayət idi ki, onlar Almaniyaya vəsiqəni təmin etsinlər. Onlar bu qolu vura bildilər.Matç öncəsində az adamın inandığını Türklər gerçək etdilər.89-cu dəqiqədə Tuncay matçda het-trikə imza atdı. Lakin buna qədər isə öz qapılarında daha bir qol gördüklərindən iki oyunun nəticəsinə görə İsveçrə Dünya Çempionatına vəsiqə qazandı...

Paylaş

// pop up