TÜRKİYƏDƏ BİABIRÇILIQ. VİDEO
TÜRKİYƏDƏ BİABIRÇILIQ. VİDEO
Türkiyə superliqasında gərilim dayanmadan artır. Çempionatının sonuncu turunda ajiotaj son həddə dayanıb. Belə ki, sona bir neçə tur qalmış çempionluq mücadiləsini sürdürən “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” və “Sivasspor” arasında mübarizədə aləm bir-birinə qarışıb. “Sivasspor” - “Beşiktaş” matçında ikincilər eyni zamanda “Qalatasaray” meydandan qələbə ilə ayrılaraq növbəti 3 xalı xanalarına yazdırıblar. Elə “Fənər” də bunu edib. Lakin “alın təri” ilə yox. Belə ki, ötən həftə Çempionlar Liqasında “Çelsi”ni məğlub edərək bütün türk dünyasını sevincə boğan Zikonun tələbələri “Kayseripor”la görüşdə 3 xalı hakim Sivriservinin “əməyi” sayəsində qazanıb. Belə ki, görüşün 65-ci dəqiqəsində “Kayserispor” öndə olan vaxtda hakim “Fənər”in xeyrinə yalançı bir penalti təyin etdi. Bu hələ son deyildi. Oyunboyu “Kayserispor”u sıxan hakim heçnədən 5 dəqiqə əlavə etdi. Lakin “Fənər” 6-cı (!!!) dəqiqə də ofsaydan Semihlə qələbə qoluna imza atıb.
Baş verənlər Tükiyəni bir-birinə qatıb. “Fənər”in əzəli və əbədi rəqibləri “QS” və “Beşiktaş” internet səhifələrində hakimi və federasiyanı kəskin ittiham edib. Maraqlıdır ki, “Fənər”ə qələbə nəsib etmiş Sivriservi 2 tur öncə “İstanbul B.B” - “Beşiktaş” matçında “qartalların” ən önəmli silahı Boboya heçnədən qırmızı vərəqə göstərərək ötən tur “Fənər”lə oyunu buraxmasına səbəb olmuşdu.
Buyurun, sizdə baxın. Hakimin “Fənər”ə 3 xalla demək olar ki, çempionluq nəsib etməsinə...