TÜRKİYƏDƏN ALMANİYAYA FUTBOL DƏRSİ...
TÜRKİYƏDƏN ALMANİYAYA FUTBOL DƏRSİ...
Türkiyə - Almaniya... Bu matç hələ çox müzakirə olunacaq... 25.06.2008-ci il tarixində keçirilən bu matçda futbolsevərlər möhtəşəm oyunun şahidi oldular. Amma bu möhtəşəm oyunu Almaniya yox Türkiyə sərgilədi. Oyunun ilk 20 dəqiqəsi qarşılıqlı hücumlarla keçsə də ilk üzü gülən tərəf Türkiyə oldu. 22-ci dəqiqədə Kazımın möhtəşəm ötürməsindən sonra Uğur Boral hesabı açdı. Çox keçmədi ki, Şvaynştaynger hesabı bərabərləşdirdi. İlk hissə elə bu hesabla da başa çatdı. İkinci hissədə isə komandalar meydanda əməlli başlı prinsipial oyun nümayiş etdirirdilər. 79-cu dəqiqədə Klose Almaniya millisini hesabda irəli çıxarsa da sevincləri cəmi 7 dəqiqə sürdü. 86-cı dəqiqəqə də Semih topa möhtəşəm toxunuşla topu tora qovuşdurdu. Hamının matçın taleyinin penaltilər seriyasında həll olunacağını gözlədiyi bir vaxtda Lam sonuncu dəqiqədə Almaniyanı finala aparan topu qapıdan keçirdi. Amma bu matç uzun müddət heç kimi yadından çıxmayacaq. Çünki Türkiyə millisi Almanlara futbol dərsi keçməyi bacardı.
TÜRKİYƏ - ALMANİYA...