Türkiyəli məşqçi “Qarabağ”dan getdi (qol.az)

single-news
7 May 2010

Türkiyəli məşqçi “Qarabağ”dan getdi (qol.az)



“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Fatih Kavlak komandayla yollarını ayırıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, mövsümün əvvəlindən Ağdam klubunda çalışan Kavlak ailəsində yaranan problemlər səbəbindən mövsüm başa çatmamış klub rəhbərliyinə müraciət edərək qarşılıqlı anlaşma yoluyla komandadan ayrılıb. “Qarabağ” Futbol Klubu isə öz növbəsində daim peşəkar, ciddi, işinə məsul olaraq çalışan və özüylə bağlı xoş təəssüratlar buraxan məşqçiyə komandada gördüyü işlərə görə təşəkkürünü bildirib, gələcək karyerasında uğurlar arzulayıb.

 


 

Paylaş

// pop up