Türkiyəli ünlü həkim `Qarabağ`ı ziyarət etdi

single-news
22 Yan 2012

Türkiyəli ünlü həkim `Qarabağ`ı ziyarət etdi



Bu gün `Qarabağ`ımızın özəl qonağı vardı. Bütün sahələrdə olduğu kimi tibb sahəsində də tərəqqi və inkişafa xüsusi diqqət yetirən klubumuz artıq  bir neçə ildi ki, Türkiyənin məşhur fizioterapevti Murat Şahinoğluyla əməkdaşlıq edir. `Qarabağ`ımızın düşərgəsinə gələn Murat bəy Rəşad Sadıqovu müayinə edib, ona xüsusi proqram təqdim edib. Eyni zamanda dizində müyyən problemi olan Qara Qarayev və başqa futbolçuların durumuyla maraqlanıb. Ünlü həkim saytımıza belə danışıb:`Qarabağ`ı həqiqətən çox sevirəm. Super insanların olduğu, möhtəşəm komandadır. Artıq 2 ildir ki, komandanın futbolçularını müayinə edirəm. Klub çalışanları olduqca mehriban və səmimi insanlardır. `Qarabağ` mənim üçün çox doğmalaşıb. Düzdü, uşaqların durumunu yoxladım amma dostlarımı ziyarət etdiyimə görə daha çox məmnun oldum.` 

Paylaş

// pop up