TURA SÖZARDI (FUTBOL+, 16.08.2005)

single-news
16 Avq 2005

TURA SÖZARDI (FUTBOL+, 16.08.2005)



1-ci tur Oyun * İlk turda 7 oyun keçirilib. Qarşılaşmaların 3-ü Bakı, 4-ü paytaxtdan kənarda baş tutub. * Meydan sahibləri 5, qonaqlarsa 1 qələbə qazanıb. Daha bir matç heç-heçə bitib. Qol * Turun 7 oyununda 20 qol vurulub. Orta hesabla hər matça 2,86 top. * Meydan sahibləri 13, qonaqlar 7 qol vurub. * Vurulan toplar hissələr üzrə bərabər bölünüb - hər 45 dəqiqəyə 10 qol. * Qollar dəqiqələr üzrə: 1-15 - 3, 16-30 - 1, 31-45 - 6, 46-60 - 3, 61-75 - 2, 76-90 - 5. * 1-ci turda bir het-trik və bir dubl qeydə alınıb. Nadir Nəbiyev (Neftçi) "Şahdağ-Samur"la matçda 3, Patne Banqura (Gənclərbirliyi) "Göyəzən"lə oyunda 2 qola sevinib. Qələbə * Turda böyükhesablı qələbəyə təsadüf olunmasa da, 2 əzmkar qələbəyə təsadüf olunub. "Neftçi" "Şahdağ-Samur"la, "MKT-Araz" isə OMİK-lə qarşılaşmalarda hesabda geri olmasına baxmayaraq, eyni hesabla - 3:1 qalib gəlib. Penalti * 1-ci turda yalnız Xaqani Məmmədov "MKT-Araz" - OMİK qarşılaşmasında 11 metrlik nöqtəni göstərdi ki, onun təyin etdiyi hər iki zərbə qolla nəticələndi. Həm Ramazan Abbasov (OMİK), həm də Fabio Luis Ramim (MKT-Araz) bu imkanı əldən vermədi. Hesab * Turda 5 hesab variantı qeydə alınıb. 2:0 və 3:1-ə iki dəfə təsadüf olunubsa, 1:0, 2:1 və 2:2 bir oyunda qeydə alınıb. Legioner * İlk turun oyunlarında meydana 68 legioner çıxdı ki, gəlmələr 12 qol vurub, daha 3 məhsuldar ötürmə verdi. Mövsümün 1-ci turunda əcnəbilər 1-i qırmızı olmaqla 13 vərəqəylə cəzalandı. Vərəqə Turda 27 vərəqə göstərilib ki, onlardan biri qırmızı olub. Hər oyuna orta hesabla 3,86 vərəqə qeydə alınıb. * Meydan sahibləri 12, qonaqlar 15 vərəqəylə cəzalanıb. * Hakimlər 11 dəfə birinci, 16 dəfə dəfə ikinci hissədə əlini cibinə salıb. * Vərəqələrdən 19-u kobud oyuna, 3-ü vaxtı uzatmağa, 2-i rəqibi bilərəkdən saxlamağa, 1-i idmançıya yaraşmayan hərəkətə, 1-i hakimin qərarından narazılığa görə göstərilib. Daha 1 vərəqə ikinci "sarı"ya görə verilib. * Vərəqələr komandalar üzrə (qırmızı vərəqələr): Qarabağ, Olimpik - 4, Karvan - 3 (1), OMİK - 3, Şahdağ-Samur, MKT-Araz, Bakı, Turan - 2, Gəncə, İnter, Xəzər-Lənkəran, Gənclərbirliyi, Göyəzən - 1, Neftçi - 0. * İlk turda yalnız "Neftçi" matçı vərəqəsiz başa vurdu. Hakim * 1-ci turda 7 referi meydana çıxdı. Vərəqələr hakimlər üzrə: Rövşən Əhmədov - 6, Vüsal Əliyev - 5 (1), Xaqani Məmmədov, İmanxan Sultani - 5, Zöhrab Qədiyev, Fariz Yusifov, Anar Salmanov - 2. Tamaşaçı * Turun 7 qarşılaşmasını 11487 azarkeş izləyib. Orta hesabla hər oyuna 11??? seyrçi gəlib. Bombardirlər Nadir Nəbiyev (Neftçi) - 3 Patne Banqura (Gənclərbirliyi) - 2 Assistent Etimad Qurbanov (Gəncə) - 2 Qol+ötürmə Nadir Nəbiyev (Neftçi) - 3 (3+0) Patne Banqura (Gənclərbirliyi) - 2 (2+0) Etimad Qurbanov (Gəncə) - 2 (0+2) Turun oyunçusu Vadim Vasilyev (Bakı) "Bakı"nın yeni hücumçusu çempionatın ilk turunda komandasına vacib qələbə qazandırdı. Təcrübəli forvard fasilədən sonra meydana çıxmasına baxmayaraq, 10 nəfər qalan rəqibin müqavimətini qıra bilməyən komandasına bu işdə yardımçı oldu. Hücumçunun mərkəzi oyunda vurduğu qol komandasına 3 xalla bərabər psixoloji üstünlük də qazandırdı.

Paylaş