Tural da mövsümü bitirdi
Tural da mövsümü bitirdi
`Qarabağ` hazırlıqlarını davam etdirir. Gündə bir çalışma keçən komandamız çalışmalarını Suraxanı qəsəbə stadionunda keçir. Bu gün ki çalışma isə `Neftçi`nin köhnə bazasında baş tutacaq. Həftəsonu premyerliqada qarşılaşacağımız `İnter`lə oyunun keçiriləcəyi Şəfa` stadionun ot örtüyünün süni olması baş məşqçimiz Qurban Qurbanovun belə bir addım atmasına səbəb olub.
Bu arada komandamız daha bir itkiylə üzləşib. Ölkəmizin ən istedadlı futbolçularından sayılan Tural İsgəndərov Rəşad Sadiqovun ardından mövsümü bitirib. 17 yaşlı vundekind 19 yaşlılardan ibarət millinin Türkiyədə keçirilən elit mərhələdə çıxışı zamanı zədələnib. Əzələsində yırtıq müəyyənləşən Turalın ən azı 45 gün topa toxuna bilməyəcəyi məlum olub.
Uzun müddətdi zədədən əziyyət çəkən Aftandil Hacıyev və Sahil Kərimov isə artıq tam gücüylə məşq etmək iqtidarındadırlar.