Tural İsgəndərov və Murad Səttarlı MOİK-ə icarəyə verildi

single-news
7 Fev 2011

Tural İsgəndərov və Murad Səttarlı MOİK-ə icarəyə verildi



`Qarabağ`ımız qışda etdiyi transferlərlə sıralarını yetərincə genişləndirib. Hazırda 29 futbolçusu olan komandamızda rəqabətin yetərincə yüksək olması sevindirici məqamdır. Komandamızda gənc istedadların çoxluğu diqqəti cəlb edən amillərdəndir. Belədə onların oyun praktikası qazanması zəruriyyəti yaranıb. Belə gənclərimizdən Tural İsgəndərov və Murad Səttarlı oyun praktikası qazanmaq üçün MOİK-ə icarəyə verilib. 18 yaşlı gənclərimizin icarə müddəti sadəcə 6 aylıq müddətə nəzərdə tutulub.

Paylaş

// pop up