`Turan` da dayana bilmədi

single-news
26 Noy 2009

`Turan` da dayana bilmədi



`Qarabağ`ımızın əvəzedici heyəti qarşısına çıxanı məğlub etməkdə davam edir. Komandamız `Turan`ı qəbul edib və rəqibini düz 5 dəfə oyunu mərkəzdən başlamağa məcbur edib. Komandamız oyuna bu heyətlə başlayıb.

Şahin Hüseynov, Ramil Ağayev, Orxan Xanlarov, Ceyhun Adışırinov, Fərrux Rəhimov, İsabala İsrafilov, Elgiz Kərəmli, Fərid Haqverdiyev, Mətləb Ələsov, Şəhriyar Xəlilov, Röyal Nəcəfov.

Görüş gözlənildiyi kimi komandamızın üstünlüyü ilə başladı. Elə ilk təhlükəli hücumdaca hesab açıldı. Haqverdiyev qol hesabı açdı. İlk yarıda ikinci qolu Elgiz Kərəmli vurdu. İkinci hissədə Komandamız daha 3 dəfə fərqləndi. Fərrux  Rəhimov və İlhami Fərzəliyevlə yanaşı qeydə alınmış bir avoqol 5:0-lıq qələbəmizi rəsmiləşdirdi.

Paylaş

// pop up