"TURAN" "NACI ŞENSOYLA DAVAM" DEDİ . . .

single-news
28 Noy 2005

"TURAN" "NACI ŞENSOYLA DAVAM" DEDİ . . .



Azərbaycan Çempionatının 10 turu çərçivəsində Tovuzda "Bakı"nı məğlub edən "Turan"ın Baş Məşqçisi Naci Şensoy oyundan sonra keçrilən Mətbuat Konfransında gözlənilmədən istefa verdiyini bəyan elədi. Səbəblərini isə Naci bəy bu gün "Şəfa" stadionunda keçiriləcək mətbuat konfransında bildirəcəyini söz verdi. Gözlənilən Mətbuat Konfransı baş tutdu. Konfransda Nacı Şensoyla yanaşı, "Turan"ın Vitse-Prezidenti Yaşar Sultanov, İcraçı Direktoru Namiq Məstanov da iştirak edirdilər. İclası Yaşar Sultanov açdı. O, Naci bəyin istefasinin rəhbərlik üçün də gözlənilməz olduğunu və elə bu səbəbdən bu gün Klub Prezidenti tərəfindən iclasın çağırıldığını bildirdi. 4 saata yaxın keçən müzakirələrdən sonra, Naci Şensoy "Turan"ın baş məşqçisi olaraq, fəaliyyətini davam etdirəcəyi qərara alındı. Bundan sonra, Naci bəy, onun fikirlərinin mətbuatda təhrif olunmuş şəkildə verilməsi, futbolçularının başqa klublara keçməsi və digər səbəblər göstərərək, istefasını əsaslandırmağa çalışdı. Daha sonra Naci Şensoy Mətbuat işçilərinin müxtəlif səpgili suallarını cavablandırdı.

Paylaş

// pop up