"TURAN" - "QARABAĞ": İLİN SON OYUNU . . .
11 Dek 2006
"TURAN" - "QARABAĞ": İLİN SON OYUNU . . .
"Qarabağ" Futbol Klubu Ölkə Çempionatının təxirə salınmış IX turu çərçivəsində Tovuzun "Turan" komandasına qarşı oyunun hazırlığını davam etdirir. Suraxanı qəsəbə stadionunda gündəlik bir dəfəlik məşqlərlə kifayətlənən komanda oyuna bir gün qalmış Tovuz şəhərinə yola düşəcək. Matçın keçiriləcəyi stadionda son məşq etdikdən sonra komanda matç saatını gözləyəcək.
Heyətlə bağlı komandada bəzi itkilər mövcuddur. Belə ki, komandanın aparıcı üzvləri Aslan Kərimov, Samir Musayev və Romal Hüseynovun ayağında ağrılar qalmaqdadır. Bu futbolçuların oynayıb oynamayacağı oyun günü məlum olacaq. Lakin Vasif Haqverdiyevlə Elmir Xankişiyev üçün ilk dövrəni başa çatmış hesab etmək olar. Onların zədələri daha ciddidir. Bununla belə, heyətə dönən futbolçular da var. Uzun zaman zədə səbəbindən heyətə dönə bilməyən Mübariz Orucov və "İnter" oyunu öncəsi zədələnmiş Azər Məmmədov artıq komandada tam gücü ilə hazırlıqlara başlamışlır.
İlk dövrədə o qədər də qənaətbəxş çıxış etməyən "Qarabağ" Futbol Klubu bu oyunda qələbə qazanmaqla xal eytiyatını bir qədər də artırmaq və ikinci dövrəyə üst pillədə olan rəqiblərindən daha az xal fərqi ilə başlamaq istəyir. Komandamıza son oyunda uğurlar arzulayırıq...