`Turan` - `Qarabağ`. Oyun başa çatdı, 0:1

single-news
23 Sen 2012

`Turan` - `Qarabağ`. Oyun başa çatdı, 0:1



`Qarabağ`ımız `Turan` səfərində..
`Qarabağ`: Fərhad, Maksim, Ansi, Rəşad, Teli, Namiq, Qara, Riçard, Vüqar, Vaqif, Rauf
1 - `Qarabağ` oyuna başladı
3 – İlk dəqiqələrdə meydanın mərkəzi uğrunda amansız mübarizə gedir
4 – Qapıya ilk zərbəni Riçard vurur, amma aralı keçir
6 – Getdikcə komandamız ərazi üstünlüyünü ələ keçirir
9 – Qaranın zərbəsi qapıdan aralı keçir
10 – Ardıcıl 3 künc zərbəmiz fayda vermir
14 - `Turan` da ilk təhlüksəni yaradır. Amma Rukavinanın zərbəsi müdafiəçilərdən dönür
16  - Dərhal cavab həmləsi. Vaqifin buraxdığı topa Riçard zərbə endirsə də qapıdan aralı keçir
19 – Tərəflər qarşılıqlı hücum qurmağa çalışırlar
21 – Rukavina sarı vərəqə alır
24 – Ansi ofsayda düşür
27 – Riçardın Vüqara ara ötürməsi azacıq sürətli olur
30 – Yarım saat geridə qaldı. Hesab açılmayıb
35 – Riçardın zərbəsi qapıdan aralı keçir
39 – Rəşad Sadıqov və Ender Günlü sarı vərəqə alırlar
41 – Vaqifin cərimə zərbəsi müdafiəçilərdən dönür
44 – İlk yarının sonuna 1 dəqiqə əlavə olunur
45 – İlk yarı bitdi, 0:0
46 – ikinci yarı başladı
48 – Qara növbəti dəfə qapını yoxlayır, top qapıçıdadır
50 – Ender Günlünün aşırma zərbəsi qapının üstündən keçir
53 – Vüqarın 2 keçidi nəticə vermir
55 – Tovuzda yağış başladı
56 – Ansinin asmasına Raudan qabaq qapıçı çatır
58 – İlk oyunçu dəyişikliyi. Namiqin yerinə Mustafa Afroto oyuna daxil olur.
59 – Qara daha bir zərbə vurur, amma müdafiəçilərdən dönür
60 – Vüqarın zrəbəsini qapıçı 2 cəhddə zərərsizləşdirir
62 – Ballo əlverişli mövqeyə çıxsa da Teli ona zərbə endirməyə imkan vermir
65 – Meydanda olduqca maraqlı mübarizə gedir
67 – Vaqifin yerinə Əfran meydanda daxil olur
70 – Rauf cərimə meydançası daxilində daha əlverişli mövqedə olan Mustafanı görsə də misirli bir qədər arxada qaldı
74 – Rəşad Sadıqovun sərt zərbəsini qapıçı dəf edir
75 – Rəşad bu dəfə cərimə zərbəsindən qapını yoxlayır, Popoviç bu dəfə də inamlıdır
77 – Əfran cərimə meydançasında Maksimə ötürmə əvəzinə qapıya zərbə vurmağa üstünlük verdi
78 – Bir zərbə də Vüqardan gəldi
79- Ballo sarı vərəqə aldı
82 – Rauf qapıçıyla dueldən qalib ayrıla bilmir
84 – Əfrana qarşı kobudluq və penalti! 
85 – Rəşad Penaltini qola çevirir, 0:1
87 – Vüqarın yerinə Muarem oyuna daxil olur
90 – Oyun başa çatdı, 0:1. `Qarabağ`ımız növbəti qələbəsini qazandı

 

 

 

 

Paylaş

// pop up