“Turan Tovuz”la 7-ci duel

single-news
16 Mar 2024

“Turan Tovuz”la 7-ci duel



“Qarabağ” sabah Misli Premyer Liqasında növbəti oyununu keçirəcək. Komandamız III dövrədəki son matçında meydana çıxacaq.

 

Qurban Qurbanovun yetirmələri XXVII turun son günündə “Turan Tovuz”la görüşəcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma rəqiblər arasında 7-ci duel olacaq.

 

“Qarabağ” bunadək keçirilən 6 oyunun beşinsə qalib gəlib. Bir matçda heç-heçə edən komandamız 16 qol vurub və 5-ni buraxıb. “Qarabağ” hər görüşdə 2 və ya daha çox qola imza atıb.

 

4-cü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qarabağ” səfərdəki qarşılaşmalıda 2 qələbə qazanıb. Bir duel sülhlə bitib. Rəqib meydanında 7 qol vuran komandamız 4 top buraxıb.

 

Qeyd edək ki, martın 17-də Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

 

20.10.2022. Qarabağ - Turan Tovuz - 3:0
09.11.2022. Turan Tovuz – Qarabağ - 0:2
25.01.2023. Turan Tovuz – Qarabağ - 2:3
28.05.2023. Qarabağ - Turan Tovuz - 3:1
13.08.2023. Qarabağ - Turan Tovuz - 3:0

20.10.2023. Turan Tovuz – Qarabağ - 2:2

Paylaş