"Turan"ın keçmiş baş məşqçisi yayda Azərbaycana qayıda bilər
11 May 2009
"Turan"ın keçmiş baş məşqçisi yayda Azərbaycana qayıda bilər
Əvvəlcə Kaxaber Tsxadadze, ardınca isə Badri Kvaratsxeliya ilə yollarını ayırmağa məcbur olan "Standard" baş məşqçi axtarışlarını davam etdirir. bank klubunun rəhbərliyinin siyahısında bir neçə mütəxəssis olsa da, onların arasında yerli məşqçilər yoxdur. Bu isə o deməkdir ki, "Standard"ın sükanı arxasında yeni mövsümdə əcnəbi baş məşqçi olacaq.
"Bankirlər" əsasən keçmiş Yuqoslaviya ölkələrində axtarışları davam etdirir."Standard" "Turan"ın keçmiş baş məşqçisi Naci Şensoyla maraqlanır.
Hazırda Bolqarıstanın "Pirin" klubunun calışdıran Şensoy Kosovada doğulsa da, milliyyətcə türkdür. Onun mövsümün sonunda bolqarlarla yollarını ayıracağı gözlənilir. Hətta bir müddət əvvəl Bolqarıstan mətbuatına açıqlamasında o, özü də Azərbaycandan təklif aldığını bildirmişdi.