`Turan`la oyun da Suraxanıda

single-news
13 Sen 2011

`Turan`la oyun da Suraxanıda



`Qarabağ`ımızın 2  ev oyunu Suraxanıda keçiriləcək. Ev oyunlarını keçirdiyimiz Quzanlı qəsəbə stadionun təmirə bağlanması səbəbindən `Xəzər-Lənkəran` və `Turan`ı Bakıda Tofiq İsmayılov edəcəyik.  Artıq Peşəkar Futbol Liqası aşağıdakı qərarla dəyişikliyi təsdiqləyib.
`Qarabağ` futbol klubu ev oyunlarının keçirilmə yeri kimi Ağdamın Quzanlı qəsəbəsində yerləşən İdman Olimpiya Kompleksinin stadionunu əsas və Bakı şəhərinin Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu ehtiyat stadion kimi göstərmişdir. Hal-hazırda Quzanlı qəsəbə stadionunun meydançasının ot örtüyündə bərpa işləri aparıldığından və klubun 07 sentyabr 2011-ci il tarixli PFL-ə ünvanladığı müraciət məktubuna əsaslanaraq
ƏMR EDİRƏM:
Unibank Premyer Liqasının VI turunun `Qarabağ` - `Xəzər Lənkəran` oyunu 17 sentyabr 2011-ci il və VIII turun `Qarabağ` - `Turan` oyunu 30 sentyabr 2011-ci il tarixində Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilsin.

 

Paylaş

// pop up