TURUN OYUNÇUSU – EMİN İMAMƏLİYEV! (livesport.az,16.02.2009)

single-news
16 Fev 2009

TURUN OYUNÇUSU – EMİN İMAMƏLİYEV! (livesport.az,16.02.2009)



TURUN OYUNÇUSU – EMİN İMAMƏLİYEV!

Azərbaycan Premyer Liqasının ikinci dövrəsi start götürdü. Dünən “İnter” – “Olimpik” oyunuyla 14-cü tura yekun vuruldu. Livesport.az turun ən yaxşı oyunçusunu seçmək üçün ölkədə fəaliyyət göstərən aparıcı qəzet və portalların redaktor və əməkdaşlarına, habelə televiziyalarda fəaliyyət göstərən futbol şərhçilərinə müraciət etməyi qərara aldı. Fikrimizcə, ən ədalətli seçimi təmin etdik. Beləliklə, “TURUN FUTBOLÇUSU”nu seçmək üçün müraciət etdiyimiz respondentlərin cavablarını diqqətinizə çatdırırıq:
Mahir RÜSTƏMLİ (“Futbol+”) – Danilou Assioli (İnter)
Şahin ŞİRİNOV (“Futbol+qol”) – Emin İmaməliyev (Qarabağ)
Natiq ƏLİYEV (“Het-trik”) – Adrian Niaqa (Neftçi)
Saleh ARSLAN (“Futbol dünyası”) – Rahid Əmirquliyev (Xəzər-Lənkəran)
Rəşad ERGÜN (“Komanda”) – Mixail Mesxi (Karvan)
Mehman SÜLEYMNOV (apasport.az) - Danilou Assioli (İnter)
Erkin İBRAHİMOV (azerifootball.com) – Hüseyn Məhəmmədov (Standard)
Rövşən BİNNƏTLİ (Lider) – Rahid Əmirquliyev (Xəzər-Lənkəran)
Altay ƏLİYEV (AzTV) – Emin İmaməliyev (Qarabağ)
Elman HİMAYƏTOĞLU (İTV) – Əli Cansun (Neftçi)
İlkin FİKRƏTOĞLU (ATV) – Əli Cansun (Neftçi)
Ceyhun RZAYEV (Xəzər) – Emin İmaməliyev (Qarabağ)
Gündüz ABBASZADƏ (ANS) – Emin İmaməliyev (“Qarabağ”)
Livesport.az – Emin İmaməliyev (“Qarabağ”)

Beləcə, 14 səsvericidən ibarət sorğunun yekunlarına görə “Qarabağ”ın yarımmüdafiəçisi Emim İmaməliyev hamıdan çox  - 5 səs toplayaraq, TURUN OYUNÇUSU seçildi.

Paylaş

// pop up