`Tvente` 1-1 `Qarabağ`. AVROPA LİQASI!!!!!

single-news
28 Avq 2014

`Tvente` 1-1 `Qarabağ`. AVROPA LİQASI!!!!!



Bildiyiniz kimi bu gün AvroLiqanın pley-off mərhələsinin cavab oyunları start götürəcək.`Qarabağ`ımız Hollandiya təmsilçisi `Tvente`nin qonağı olacaq.Görüş Bakı vaxtı ilə 22:30-da başlayacaq.Oyunu saytımız və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh

Heyətlər məlum oldu.

"Tvente": Nik Marsman, Kuko Martina ,  Byelland (k), Darrl Laxman, Robert Şilder, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk

Ehtiyat oyunçular: Sonni Stevens,Rasmus Benqtsson, Diko Koppers, Tim Brekers,  Şadrak Eqan, Troqeyr Borven, Ould-Çikh

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev,  Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Muarem Muarem  Riçard Almeyda, Çumbinyo, Vüqar Nadirov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Admir Teli, Danilo Dias, Tərlan Quliyev, Namiq Yusifov,  Leroy Corc

 

I hissə 

1` Böyük oyun başladı ! Uğurlar `Qarabağ` !

2` Muaremin ötürməsindən sonra Renaldo qola yaxın oldu amma zərbəsi dəqiq olmadı.

5` Hər iki komanda ehtiyyatlı oyuna üstünlük verir.

7` Hakem Ziyeçin zərbəsi qapımızdan aralı keçdi.

8` Muarem əla şans əldə edərək qapıya zərbə endirdi amma zərbəsinda azca dəqiqlik çatmadı.

11` Komandamız real qol şansı əldə etsədə Reynaldo və Vüqar Nadirov bu şansdan yararlana bilmədi.

18` Reynaaaldoooooo 100%-lik qol şansını əldən verdi,onun zərbəsindən sonra qapıçı Nik Marsman topun qapıya girməsinə mane oldu və komandamız küncdən zərbə qazandı. 

20` Şehiç komandamızı qoldan xilas etdi.

27` `Tvente` komandası əla hücum qursada müdafiə xəttimiz inamlı oynayaraq topu uzaqlaşdıra bildi.

31 ` İbrahim Şehiç inamlı oyunu ilə bir daha komandamızı real qoldan xilas etdi.

34` Reynaldo inamlı keçidi ilə rəqibin cərmə meydançasına yaxınlaşdı amma ötürməsi dəqiq olmadı.

35` Komandamız Çumbinyoya qarşı edilən kobud hərəkətə görə cərimə zərbəsi qazandı.

36` Riçardın cərimə zərbəsini yerinə yetirdi amma zərbəsini qapıçı asanlıqla dəf etdi.

38`Kostaigos hesabı açdı.`Tvente` 1-0 ` Qarabağ`

44` Maksim Medvedev cərimə meydançasına daxil oldu amma ötürməsi dəqiq olmadı.

45` İlk hissə başa çatdı.İlk hissədən sonra hesab 1-0 rəqibin xeyirinədir.

II hissə

45` İkinci hissə başladı ! Uğurlar `Qarabağ` !

50` Qoooooooooooooooooooooooooooooooool ! Muarem Muarem hesabı bərabərləşdirdi !

54` Qapı tiri komandamızı qoldan xilas etdi.

55` Şans bizim yanımızdadır həqiqətən.

63` `Tvente`nin heyətində ilk əvəzləmə oldu,Ebecilionun əvəzinə meydana Eghan daxil oldu.

66` Vüqar Nadirovun zərbəsi qapıdan aralı keçdi.

70` `Qarabağ`ımızın heyətində ilk dəyişiklik, Muarem Muaremin əvəzinə meydana Danilo Dias daxil oldu.

72` Yuness Moxtarın zərbəsi qapımızdan aralı keçdi.

76` Vüqarın Reynaldo istiqamətində ötürməsi çox sürətli oldu.

79` Hər iki komandanın heyətində əvəzləmə oldu.Çumbinyonun əvəzinə Namiq Yusifov,Ziyeçin əvəzinə isə Borven meydana daxil oldu.

80` Son 10 dəqiqə.`Qarabağ` tarix yazmağa çox yaxındır.

84` Vüqar Nadirovun əvəzinə meydana Admir Teli daxil oldu.

90` Oyun başa çatdı.`Tvente` 1-1 `Qarabağ`.Mərhələ adlayan tərəf `Qarabağ`ımız oldu.

Və `QARABAĞ`IMIZ AVROPALİQASININ QRUP MƏRHƏLƏSİNDƏ!!!!!!!!!

 

BACARDIQ!!!!!!!!!!

 

Paylaş

// pop up