“Tvente” ilə iki sınaq

single-news
10 İyl 2025

“Tvente” ilə iki sınaq



Komandamız Avstriyada təşkil olunan təlim-məşq toplanışını davam etdirir. “Qarabağ” sabah növbəti yoxlama oyunlarını keçirəcək.

 

Komandamız “Tvente” ilə qarşılaşacaq. Niderland təmsilçisi ilə iki görüş baş tutacaq.

 

Bu matçlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək. Qarşılaşma Kaprun stadionunda baş tutacaq.

 

Enshedeni təmsil edən rəqib klubun əsası 1965-ci ildə qoyulub. “Tvente” 2009/10 mövsümündə Niderland çempionu adını qazanıb. Enshede klubunun hesabında 3 ölkə kuboku və 2 Superkubok da var. Rəqibimiz ötən mövsümdə Erediviziyada 6-cı yeri tutub.

 

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən komandamızın iyulun 2-də başlayan Avstriya toplanışı ayın 16-dək davam edəcək.

Paylaş

// pop up