U-13 1/4 finalda

single-news
15 Mar 2024

U-13 1/4 finalda



“Qarabağ”ın U-13 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) turnirində növbəti matçına çıxıb. Elşad Xudadatovun baş məşqçisi olduğu komandamız qrup mərhələsinin III turunda “Kalininqrad”la görüşüb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Bunadək “Sovetskiy rayon”a (Rusiya) 2:1, “Yuri Puntus FS”yə 2:0 hesabı ilə qalib gələn “Qarabağ” qrup mərhələsini 7 xalla bitirib. Komandamız A qrupunda ikinci yeri tutub.

 

Komandamız martın 15-də 1/4 final matçına çıxacaq. “Qarabağ”ın rəqibi “Baltika” olacaq.

 

Qeyd edək ki, Belarus, Rusiya və Azərbaycan komandalarının qatıldığı turnir martın 16-dək davam edəcək.

Paylaş