U-13 Minskdə 8-ci yeri tutdu

16 Mar 2024
U-13 Minskdə 8-ci yeri tutdu
“Qarabağ”ın U-13 komandasının iştirak etdiyi Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) turnirinə yekun vurulub. Elşad Xudadatovun baş məşqçisi olduğu komandamız son oyun günündə iki matça çıxıb.
“Qarabağ” 5-8-ci yerlər uğrunda mübarizədə öncə BATE ilə görüşüb. Belarus təmsilçisi yeganə qolla qələbə qazanıb. 7-ci yer uğrunda “Strela” ilə matçın da taleyini rəqibin bir qolu həll edib. Beləliklə, “Qarabağ”ın U-13 komandası turnirdə 8-ci yeri tutub.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində “Sovetskiy rayon”a (Rusiya) 2:1, “Yuri Puntus FS”yə 2:0 hesabı ilə qalib gəlib, “Kalininqrad”la matç isə 1:1 hesabı ilə başa çatıb. 1/4 finalda komandamız “Baltika”ya bir qolla məğlub olub.