U-14 Belarusda çempion oldu

single-news
21 Mar 2024

U-14 Belarusda çempion oldu



“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin qalibi olub. Asif Əlizadənin baş məşqçisi olduğu komandamız bu gün keçirdiyi hər iki matçda qələbə qazanmaqla yarışın çempionu adına yiyələnib.

 

“Qarabağ” yarımfinalda “Pskov”a 1:0 hesabı ilə qalib gəlib. Komandamız həlledici qarşılaşmada BATE ilə görüşüb.

 

“Qarabağ” bu görüşdə də bir cavabsız qolla qələbə qazanıb. Bununla da komandamız beynəlxalq turnirin qalibi adına sahib çıxıb.

 

Qeyd edək ki, U-14 qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, ardınca Belarus BATE-si ilə görüşdən xalsız ayrılıb – 0:1. Komandamız 1/4 finalda “Baltika”nı bir qolla üstələyib.

Paylaş