U-14 beynəlxalq turnirdə iştirak edəcək

single-news
17 Mar 2024

U-14 beynəlxalq turnirdə iştirak edəcək



“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçiriləcək “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirdə iştirak edəcək. Turnir martın 17-21-də keçiriləcək.

 

Asif Əlizadənin baş məşqçisi olduğu komandamız səfərə 20 futbolçu ilə yollanıb. Heyətdə Cəsur Hüseynli, Oqtay Mehrəliyev, Ömər Novruzov, Arza Əzizli, Vaqif Nəbiyev, Əkbər Məmmədli, Əhəd Hacızadə, Ömər Fətəliyev, Cavidan Əlizadə, Məhəmməd Məmmədov, Yunis İsmayılov, Seyid Zalov, Roman Fərzalı, Danil Rəcəbov, Cəfər Rəhmanov, İbrahim Sadıqlı, Xalid Huşənov, Samir Həsənov, Maksim Qlikin və Murad İsmayılov yer alıblar.

 

Turnirdə 16 komanda iştirak edəcək. “Qarabağ” C qrupunda Rusiyanın “Rotor” və “Lavina”, həmçinin Belarusun BATE klubları ilə qarşılaşacaq. Komandamız sabah ilk oyununa çıxacaq. Rəqib “Lavina” olacaq. “Qarabağ” martın 19-da öncə “Rotor”, ardınca BATE ilə üz-üzə gələcək.

 

Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanaraq 1-8-ci, son iki yeri tutanlar isə 9-16-cı yerlər uğrunda mübarizə aparacaqlar.

Paylaş