U-14 ÇEMPİON

25 İyn 2024
U-14 ÇEMPİON
14 yaşadək futbolçulardan ibarət komandamız Azərbaycan çempionu olub. “Qarabağ” U-14 Liqasının final matçında “Sabah”la qarşılaşıb.
Həlledici görüş “ASCO Arena”da baş tutub. Komandamız rəqibinə 2:1 hesabı ilə qalib gəlib. “Qarabağ”ın heyətində qolları Murad İsmayılov və Daniil Rəcəbov vurublar.
Qarşılaşmadan sonra komandamıza qızıl medallar və çempionluq kuboku təqdim olunub.