U-14 yarımfinalda

single-news
20 Mar 2024

U-14 yarımfinalda



“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirində yarımfinala yüksəlib. Asif Əlizadənin baş məşqçisi olduğu komandamız 1/4 finalda “Baltika” ilə görüşüb.

 

Matçın taleyini bir qol həll edib. 1:0 hesablı qələbə qazanan “Qarabağ” yarımfinala adlayıb.

 

Komandamızın növbəti rəqibi “Pskov” olacaq. Matç sabah keçiriləcək.

 

Qeyd edək ki, U-14 qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, ardınca ” Belarus BATE-si ilə görüşdən xalsız ayrılıb – 0:1.

Paylaş