U-15-dən üç qələbə

single-news
19 Apr 2025

U-15-dən üç qələbə



Klubumuzun U-15 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" turnirində iştirak edib. "Qarabağ" "Titanic Football Center"də keçirilən qrup mərhələsində “Fulhem”ə 1:3 hesabı ilə uduzsa da, “Qaziemir Gündoğan” və “Muratlı Yıldızspor”la görüşlərdə eyni – 8:0 hesablı qələbələr qazanıb.

Rauf Əliyevin yetirmələri növbəti mərhələdə “Rayo Valyekano” ilə heç-heçə edib (1:1), ardınca “Göztepe”yə qalib gəlib – 6:1. Son turda komandamız Papua akademiyasına məğlub olub – 1:2. Bununla da Antalyada 3 qələbə qazanan komandamız turniri 24 iştirakçı arasında 11-ci yerdə başa vurub.

Paylaş

// pop up