U-15 və U-11 komandalarıyla görüş keçirildi. Fotolar.

U-15 və U-11 komandalarıyla görüş keçirildi. Fotolar.
`Qarabağ` Futbol Klubunun uşaq futboluna diqqət və qayğısı öz nəticəsini göstərməkdədir. Əsas komandamızın bürünc medallara sahib çıxmasının ardından, əvəzedicilər, 15 və 11 yaşlılardan ibarət komandamız Azərbaycan çempionu oldular. Xüsusilə, aşağı yaş qruplarının qazandığı uğurlar gələcək baxımdan böyük ümid verir.
Bu məqsədlə, `Qarabağ`ın bazasında 15 və 11 yaşlılardan ibarət komandalarımızın müəllimləri, valideynlərinin iştirakıyla görüş keçirilib. Öncə komandaların iştirakıyla xatirə şəkilləri çəkdirilib. Ardınca şirniyyat stolu arxasında görüş keçirilib.
İlk olaraq `Qarabağ`ımızım uşaq futbolu kooordinatoru Hemdi Serpil Tüzün danışıb. Hemdi bəy futbolçu təbrik etməklə yanaşı onların valideynlərinə, müəllimlərinə də təşəkkür etdi. Və gələcəkdə də uğurlarının davam edəcəyinə ümid etdiyini bildirdi.
Ardınca isə `Qarabağ`ın direktoru Emrah Çelikel danışdı. Emrah bəy futbolçu təbrik etdikdən sonra vurğuladı ki, futbolçu olunmadan öncə xeyirli övlad, yaxşı şagird olmaq lazımdır. Əgər bu üç ünsür birləşərsə o zaman ideal insan formalaşa biləcəyini qeyd etdi. Emrah bəy nitqinin sonunda gənclərin tezliklə `Qarabağ`ın əsas komandasında çıxış etməsinin arzuladığını bildirdi.
Görüşdən maraqlı şəkillərlə FOTOQALAREYA bölümündə baxa bilərsiz.