U-16-dan böyükhesablı qələbə

8 Sen 2024
U-16-dan böyükhesablı qələbə
16 yaşadək futbolçulardan ibarət komandamız “Blue Devils Cup” turnirində son oyununu keçirib. Asif Əlizadənin yetirmələri İtaliyanın Neapol şəhərindəki 5-ci matçında “Kyarlins Muzane” ilə görüşüb.
Komandamız bu görüşdə 4:1 hesablı qələbə qazanıb. Ardıcıl üçüncü qələbəni qazanan komandamızda Əli Bəşirov iki, Murad İbrahimli və Adəm Qafarov hərəyə bir qol vurub.
Qeyd edək ki, turnirin finalımda “Roma” “Fiorentina”nı 3:0 hesabı ilə məğlub edib.