U-16-dan daha iki qələbə

single-news
6 İyl 2024

U-16-dan daha iki qələbə



16 yaşadək futbolçulardan ibarət komandamız Estoniyada təşkil olunan “Tallinn Cup”da növbəti oyunlarını keçirib. Rəşad Sadıqovun yetirmələri İsveç təmsilçisi “Jarlaberqs” üzərində 3:2 hesablı qələbə qazanıb. Qollardan ikisinə Əli İbrahim, birinə Əli Abışev imza atıb.

 

Komandamız növbəti görüşdə Estoniya “Olimp”ini məğlub edib – 4:1. Əli İbrahim ardıcıl 5-ci oyunda dubl müəllifi olub. Sahib Əliyev və Əli Qazıbəyov hərəyə bir dəfə fərqlənib.

 

Bununla da 5 oyunda 15 xal toplayan komandamız turnir cədvəlində liderliyini möhkəmlədib. U-16 sabah keçiriləcək son turda Estoniya təmsilçisi “Narva Trans”la görüşəcək.

 

Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.

Paylaş

// pop up