U-16-dan qələbə

7 Sen 2024
U-16-dan qələbə
16 yaşadək futbolçulardan ibarət komandamız “Blue Devils Cup” turnirində növbəti oyununu keçirib. Asif Əlizadənin yetirmələri İtaliyanın Neapol şəhərindəki 4-cü matçında “Levante Azzuro” ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan komandamız 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.