U-16-dan qrup üçüncülüyü

7 Sen 2024
U-16-dan qrup üçüncülüyü
16 yaşadək futbolçular arasında “Blue Devils Cup” turnirində qrup mərhələsi başa çatıb. Komandamız İtaliyanın Napoli şəhərində keçirilən beynəlxalq yarışda 3 matç keçirib.
C qrupunda çıxış edən Asif Əlizadənin yetirmələri ilk turda “Tor Tre Teste”yə 0:1 hesabı ilə məğlub olub. “Benevento” ilə görüşdən (1:3) də xalsız ayrılan komandamız qrupdakı son matçını “Sanseverines”ə qarşı keçirib.
Bu görüşdə üç qol vuran komandamız meydandan üç xalla ayrılıb – 3:1. Beləliklə, qrup mərhələsini üç xalla tamamlayan Əlizadənin yetirmələri 3-cü yeri tutub.