U-16 finalda
.jpg)
14 İyl 2024
U-16 finalda
16 yaşadək futbolçulardan ibarət komandamız U-16 Liqanın finalına yüksəlib. Yarımfinalda “Sabah”la görüşən “Qarabağ” evdə keçirdiyi cavab oyununda 2:0 hesabı ilə qalib gəlib. Səfərdəki ilk matçda 3 cavabsız qolla qələbə qazanan komandamız finala adlayıb.
Həlledici matç iyulun 16-da baş tutacaq. Komandamız finalda “Neftçi” ilə üz-üzə gələcək.