U-16 finalda
21 May 2025
U-16 finalda
Klubumuzun 16 yaşadək futbolçulardan ibarət komandası U-16 Liqanın finalına vəsiqə qazanıb. Yarımfinalda “Sumqayıt”la görüşən “Qarabağ” hər iki oyunda qələbə qazanıb.
Evdəki ilk qarşılaşmada 4 cavabsız qol vuran komandamız cavab matçında 4:3 hesabı ilə qalib gəlib. Komandamız finalda “Neftçi” ilə görüşəcək. Mayın 27-də “Bayıl Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq.
