U-16 gümüş medal qazandı

17 İyl 2024
U-16 gümüş medal qazandı
16 yaşadək futbolçulardan ibarət komandamız Azərbaycan çempionatının gümüş medalını qazanıb. U-16 Liqanın “Neftçi” ilə final görüşü bu gün baş tutub.
Üç qolun vurulduğu matçda rəqib 2:1 hesablı qələbə qazanıb. Beləliklə, U-16 mövsümü 2-ci yerdə başa vurub. Bu qarşılaşmadan sonra komandamıza gümüş medallar təqdim olunub.
Qeyd edək ki, 2023/24 mövsümündə U-13, U-14, U-15 komandalarımız ölkə çempionu titulunu qazanıb.