U-16 “Tallinn Cup” turnirinin qalibi oldu

single-news
7 İyl 2024

U-16 “Tallinn Cup” turnirinin qalibi oldu



16 yaşadək futbolçulardan ibarət komandamız “Tallinn Cup” turnirinin qalibi olub. Rəşad Sadiqovun yetirmələri Estoniyada keçirilən beynəlxalq turnirdəki son oyununda yerli “Trans Narva” ilə qarşılaşıb.

 

Komandamız bu matçda 2:0 hesabı ilə qalib gəlib. Rəqib qapısına Sahib Əliyev və Fərhad Abbasov yol tapıb.

 

Turnirdə keçirdiyi 6 oyunun hamısında qələbə qazanan U-16 yarışın qalibi olub. Elşən Nəsirov ən yaxşı qapıçı, Əli İbrahim ən yaxşı oyunçu mükafatına layiq görülüb. Turnirdə “Trans Narva” ikinci, “Olimp” üçüncü yeri tutub.

 

Qeyd edək ki, komandamız bunadək “Auda”nı (Latviya) 4:1, “Hasselbi”ni (İsveç) 4:0, “NF Academy”ni (Estoniya) 2:1, “Jarlaberqs”i 3:2, “Olimp”i (Estoniya) 4:1 hesabı ilə məğlub edib.

Paylaş

// pop up