U-17: AZƏRBAYCAN ERMƏNİLƏRİ DARMADAĞIN ETDİ ! ! !

single-news
28 Okt 2005

U-17: AZƏRBAYCAN ERMƏNİLƏRİ DARMADAĞIN ETDİ ! ! !



Bu gün Bakı vaxtı ilə saat 13:00-da "Rishon Le-Zion" stadionunda uzun müddətdən bəri səbirsizliklə gözlənilən qarşılaşma baş tutdu: Azərbaycanın 17 yaşlılardan ibarət millisi düşmən erməni həmyaşıdları ilə qarşılaşdılar. Hələ oyundan əvvəl futbol mütəxəssislərinin böyük əksəriyyəti bu matçda komandamızdan yalnız qələbə gözlədiklərini gizlətmirdilər. Bunlar təkcə bir istək yox, bizim komandamızın daha güclü olmasına inamdan doğan gözləmə idi... Gözlənilən baş verdi! Şakir Qəribovun yetirmələri düşmənlərimizin qapısından üç cavabsız top keçirərək daha bir tarixi səhifə açdılar. Həmişə və hər yerdə olduğu kimi burada da Azərbaycan Ermənistandan üstün olduğunu sübut etdi. Bu qalibiyyətdən sonra qrupda üçüncü yeri tutan komandamız növbəti mərhələyə çıxa bilməməsinə baxmayaraq (qələbə-1, heç heçə-1, məğlubiyyət- 1, top- 5:6, xal-4), vətənə başı uca dönəcəklər. TƏBRİK EDİRİK AZƏRBAYCAN !!!

Paylaş