U-17 "Gothia Puma Trophy"də

5 İyl 2025
U-17 "Gothia Puma Trophy"də
17 yaşadək futbolçulardan ibarət komandamız beynəlxalq turnirə qatılacaq. U-17 "Gothia Puma Trophy"də mübarizə aparacaq.
“Qarabağ” İsveçin Höteborq şəhərində keçiriləcək turnirdə ilk matçına iyulun 14-də çıxacaq. Komandamızın rəqibi “Mjällby” olacaq.
Ertəsi gün “Sportinq Laqos”la üz-üzə gələcək komandamız qrup mərhələsində son matçını iyulun 16-da keçirəcək. Rəqib “Höteborq” olacaq.