U-19 gümüşlə kifayətləndi

8 May 2013
U-19 gümüşlə kifayətləndi
`Qarabağ`ımızın 19 yaşlılardan ibarət komandası Azərbaycan çempionatını 2-ciliklə başa vurub. Elşad Xudadatovun yetirmələri finala qədər uğurlu çıxış sərgiləyərək `Qəbələ`yə rəqib olmuşdular. `Bayıl-Arena`da 15:30-da start götürən, `İdman-Azərbaycan` kanalı vasitəsiylə canlı yayımlanan görüşə komandamız yaxşı başlasa da, rəqib erkən qoluna əngəl ola bilməyib. İlk yarıda üstün təsir bağışlasaq da, hesabı dəyişmək mümkün olmayıb. 2-ci yarıda isə komandamızdan Eltun Turablı qırmızı vərəqə alaraq azlıqda qalmağımıza səbəb olub. Ruh düşkünlüyündən istifadə edən rəqib isə daha dörd dəfə fərqlənərək sonda qızıl medallara sahib çıxıblar. `Qarabağ`ımız isə gümüş medallarla kifayətlənib.