U-19 “Karvan” və “Qarabağ”la qarşılaşacaq (çempion,

single-news
29 Sen 2006

U-19 “Karvan” və “Qarabağ”la qarşılaşacaq (çempion,



Oktyabrın 27-də start götürəcək Avropa çempionatının seçmə mərhləsinə hazırlaşan 19 yaşlılardan ibarət milli komandamız növbəti təlim-məşq toplnaışına hazırlaşır. Baş məşqçi Arif Əsədov gələn ayın 3-də yetirmələrini bir araya gətirəcək. Əsədovdan aldığımız məlumata əsasən komanda Buzovnadakı bazada məskunlaşacaq. 20 futbolçu ilə hazırlığını oktyabr ayının 12-nə kimi davam etdirən milli üç yoldaşlıq görüşü keçirməyi də planlaşdırır. Ötən saylarımızda xəbər vermişdik ki, Qazaxıstanın yığması ilə görüşmək təklif olunmuşdu. Amma qarşı tərəf buna rədd cavabı verib. Onların imtina etmələrinin səbəbini isə Arif Əsədov bilmir. Buna görə də U-19 hazırlığını Bakıda davam etdirəcək. Arif bəyin dediyinə görə, iki yoldaşlıq görüşündə onları güclülər dəstəsində yer alan komandalar sınağa çəkəcək. Bir qarşılaşmada isə 19 yaşlıların rəqibi birinci dəstə təmsilçisi olacaq: “20 futbolçunu toplanışa çağıracağam. Gələn ayın 6-dan sonra üç yoldaşlıq görüşü keçirəcəyik. Hazırda “Karvan” və “Qarabağ”la danışıqlar aparıram. Bu toplanışda üç yeni futbolçu bizə qoşulacaq. Bunlar Vaqif Cavadov (Rusiya, MOİK), Dmitri Kutepov ( Rusiya, Moskva “Dinamo”su) və Anar Səlimov (”Qarabağ”) olacaq. Xatırladım ki, 23 futbolçudan yalnız 18-i bizimlə Cənubi Kipirə gedəcək”. Arif Əsədov 3-də aşağdakı futbolçularla hazırlığı davam etdirəcək: Osman Umarov, Nodar Məmmədov, Timur İsrafilov, İsabala İsrafilov (4-də “Şahdağ”dan), Vaqif Şirinbəyov, Nizami Hacıyev (hər ikisi “Olimpik”), Fərid Həşimzadə (MOİK), Maksim Medvedev (”Qarabağ”), Tural Nərmanov, Əliağa Hüseynpur, Pərvin Paşayev (üçüdə “Neftçi-2”dən), Taqim Novruzov (”Simurq”), Cavid Hüseynov, Elvin Məmmədov, Vurgun Hüseynov (hər üçü “Turan”), Rahid Əmirquliyev (”Xəzər-Lənkəran”), Denis Rodionov (Rostov), Bəxtiyar Soltanov (”Bakı”), Rza Qafarlı (”Qarabağ-2”), Elçin Məmmədov (”Gənclərbirliyi”).

Paylaş

// pop up