U-21: 10 NƏFƏRLƏ DAHA GÖZƏL OYUN....
7 Sen 2005
U-21: 10 NƏFƏRLƏ DAHA GÖZƏL OYUN....
Azərbaycanın 21 yaşlılardan ibarət Milli Yığma komandası Avstriyalı həmkarları ilə Seçmə Mərhələ çərçivəsində növbəti matçını keçirdi.
Matç sakit məcrada başlasa da, vaxtaşırı təşkil olunan hər iki klubun hücumları getdikcə daha təhlükəli alınırdı. Buna baxmayaraq, heç bir komanda ilk hissədə hesabı aça bilmədilər. İkinci hissə başlayan kimi, Eks-"Qarabağ"lı Vüqar Nadirov rəqibə qarşı açıq-aşkar kobudluğa görə qırmızı kart aldı. 10 nəfər qaldıqdan sonra, Millimiz daha yaxşı oynamağa başladı.Murad Ağakişiyevin(MKT-Araz) zərbələri daha təhlükəli alınırdı. Yanlardan asmalardan sonra iki dəfə, mərkəzdən isə bir neçə dəfə rəqib qapısı qarşısında 100% -lik qol vəziyyəti yaransa da, sonda 0:0-lıq hesab dəyişmədi. U-21 öz aktivinə üçüncü xalı heç-heçə ilə yazdı.
Digər maraqlı qarşılamalardan bəzilərinin nəticələri:
Türkiyə- Ukrayna 0:0
Rusiya - Portuqaliya 0:1
Belarusiya - İtaliya 1:1
Polşa - Uels 3:2
Almaniya - İngiltərə 1:1