U-21 9 illik sindroma son qoydu

single-news
6 Sen 2010

U-21 9 illik sindroma son qoydu



 U-21-lər arasında keçirilən Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib. Azərbaycan milli komandası son ev qarşılaşmasında Albaniya yığması ilə üz-üzə gəlib. X seçmə qrupunda yer alan Bernard Lippertin yetirmələri oyunun taleyini artıq ilk yarıda həll ediblər – 3:2.

Müxtəlif vaxtlarda əsas yığmaya da cəlb olunan Bəxtiyar Soltanov və Mirhüseyn Seyidovla yanaşı rusiyalı legioner Ruslan Qurbanov da albaniyalıların qapısına yol tapıblar. Qonaqlar isə hər hissənin sonunda bir dəfə fərqləniblər. Albaniya futbolçuları əvvəl fasilə ərəfəsində təsəlli qolunu vuraraq böyük hesablı məğlubiyyətdən yaxa qurtarıblar, matçın sonunda isə fərqi minimuma endiriblər.

Lakin bu qələbə sayəsində millimiz sonuncu pilləni tərk edə bilməyib. Buna son dəqiqələrdə buraxılan qol mane olub. Çünki şəxsi oyunlarda albaniyalılar səfər qoluna görə yığmamızı keçə biliblər – 1:0, 2:3. Bu isə o deməkdir ki, futbolçularımızın sentyabrın 7-də Belarusla Borisovda keçirəcəyi qarşılaşma son pillədən qurtulmaq üçün axırıncı şans olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatlarının seçmə mərhələlərində son qələbəsini süz 9 il əvvəl qazanmışdı. 2001-ci sentyabrın 4-də Bakıda Makedoniyanı məğlub edən millimiz 3287 günlük qələbəsizliyə son qoyub. Bu müddətdə yığmamız 37 dəfə meydana çıxmışdı.


21 yaşadək futbolçulardan ibarət yığmalar arasında 2011-ci il Avropa çempionatının seçmə mərhələsi

X qrup
AZƏRBAYCAN – ALBANİYA – 3:2
Bəxtiyar Soltanov, 17, Mirhüseyn Seyidov, 37, Ruslan Qurbanov, 43 – Sokol Çikalleşi, 45, Bekim Bala, 87

1 Belarus 7 4 2 1 15-11 14
2 Avstriya 7 4 2 1 16-9 14
3 Şotlandiya 7 4 2 1 14-9 14
4 Albaniya 8 1 1 6 11-20 4
5 Azərbaycan 7 1 1 5 8-18 4

Paylaş

// pop up