U-21: AZƏRBAYCAN 1 - 0 TÜRKİYƏ

single-news
12 Apr 2006

U-21: AZƏRBAYCAN 1 - 0 TÜRKİYƏ



Bakı vaxtı ilə saat 15:00-da Gənclərdən ibarət Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşdılar. Matç "Şəfa" stadionunda keçirildi.. AZƏRBAYCAN (U-21): K.Ağayev, R.Məlikov,S.Yunusoğlu, V.Levin ,C.Adişirinov,T.Xəlilov(Ağayarzadə,90), RAMAL HÜSEYNOV (FƏRİD QULİYEV,78), Vəliyev(Abbasov,46),R. Əmircanov, M.Ağakishiyev (C.Madatov,85), Abdullayev(NAMİQ YUSİFOV,34). TÜRKİYƏ (U-21): Serkan ( Volkan,69), Ufukhan (Burhan ,58), Ferhat Çökmüş (Onur,71), Emre, Ferhat Öztorun (Özgürcan,75), Sabri(Uğur,64), Burak (Muhammet), Kerem( Necati,46), Olcan(Ferdi,46), Mehmet(Sinan,35), Gökhan. Qol: Ruslan Əmircanov - 44 dəqiqə . O qədər də baxımlı olmayan oyunda ilk təhlükəli vəziyyəti Azərbaycan Millisi yaratdı. Türkiyə isə buna cavab olaraq əks hücumda hesabı açdı. Lakin oyundan kənar vəziyyət olduğundan top hesaba alınmadı. Bundan sonra meydanın mərkəzində top saxlayan Azərbaycan millisi rəqibə qarşı əks hücum taktikası seçdi. Məhz bu taktika 44-cü dəqiqədə öz bəhrəsini verdi. Mərkəzdə topu ələ keçirən "Qarabağ"lı Ramal Hüseynov topu Tərlan Xəlilova ötürdü. Onun asmasından sonra isə yaranmış qarmaqarışıqlıqdan məharətlə istifadə edən Ruslan Əmircanov hesabı açdı. İkinci hissədə isə Türkiyə millisinin hesabı bərabərləşdirmək üçün hücum cəhdlərinin qarşısı Azərbaycan yarımmüdafiə xətti tərəfindən səhvsiz oyunla alındı... Matç Azərbaycan Gənc millisinin 1:0-lıq qələbəsi ilə başa çatdı.

Paylaş